"Bir mesajla qadın görüşə hazırdır" - Psixoloq

Hazırkı dövrdə bəzi qadınlar kişilərin arxasınca daha çox qaçır. Kişi ilə ünsiyyət qura bilmək üçün müəyyən vasitələrdən istifadə edirlər. Kişilərin qadınlarla münasibət qurmaq, danışmaq, vaxt keçirmək üçün səy göstərməsinə belə ehtiyac qalmır.

 

Bəs bu nə dərəcədə düzgündür?

 

Sfera.az-ın məlumatına görə, türkiyəli psixoloq Fatih Reşit hesab edir ki, indi qadınlarla danışmaq çox rahatlaşıb. “Adi bir mesaj ilə qadın görüşə hazırdır. Bu isə düzgün deyil. Kişilər əziyyət çəkmədiyi, səy göstərmədiyi münasibəti önəmsəmir. Buna görə də ciddi münasibət düşünə bilmir və evlilikdən qaçırlar”.

 

Psixoloq bildirib ki, qadınlar hər mesaja anında cavab verməli deyil. “Hər görüşə getmək də tövsiyə edilmir. Həyatını yalnız kişiyə görə yaşayan qadınların münasibətləri tezliklə sonlanır. Çünki onların sosial fəaliyyətləri, məşğuliyyətləri yoxdur. Kişilər də həyatını yalnız ona həsr edən qadına bağlana bilmirlər. Qadın elə davranmalıdır ki, kişi onla danışmaq, görüşmək üçün səy göstərsin”.

 

Fatih Reşit diqqətə çatdırıb ki, əlçatan olmaq, hər istənilənə anında yaxşı demək qadınları dəyərli etmir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR