Ermənistan Zəngəzur müharibəsinə hazırlaşır? - ŞƏRH

Ermənistan Zəngəzur müharibəsinə hazırlaşır? - ŞƏRH

Ermənistan kütləvi şəkildə silahlanmağa davam edir. Rəsmi İrəvan Fransa, Hindistan, İran və Rusiyadan silah alışını intensivləşdirib.

 

Aydın məsələdir ki, hər ölkə ordusunu gücləndirmək və təhlükəsizliyini təmin etmək məqsədilə silah ala bilər. Lakin Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyi bir zamanda rəsmi İrəvanın belə addım atması diqqət çəkir.

 

Digər nüans alınan silah-sursat, texnikanın daha çox Ermənistanın cənub sərhədləri boyunca yerləşdirilməsidir. Yəni İrəvan cənub sərhədlərini gücləndirərək, bir növ Azərbaycanın Zəngəzuru ələ keçirmək fikrində olduğu, qabaqlayıcı təbdirlər gördüyü təəssüratını yaradır.

 

Ümumiyyətlə, Ermənistan siyasi və hərbi elitasında, habelə ictimaiyyətdə belə bir fikir var ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu paranoyanı tətikləyən əsas məqam isə Qərb mediasında ardıcıl tirajlanan dezinformasiyalardır. Qərb mediasında Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı israrla qeyd edilir.

 

Azərbaycan indiki məqamda Ermənistanla müharibə etmək niyyətində deyil:

 

Birincisi, rəsmi Bakı Ermənistanla başlıca müharibə səbəbi olan Qarabağ münaqişəsini tam həll edib. Hazırda əsas məsələ anklav və eksklavların aqibəti, Naxçıvana maneəsiz hərəkətin təmini və sərhədlərin delimitasiya, demarkasiyasıdır. Bunlar isə müharibəsiz də həll edilə bilər. Rəsmi Bakı diplomatik yolla bu məsələləri həll edə biləcəyini dəfələrlə vurğulayıb.

 

İkincisi, Azərbaycan hərbi hazırlıq içərisində deyil. Zəngəzur istiqamətində isə ümumiyyətlə, aktivlik yoxdur. Standart patrul xidmətini çıxmaqla iki ölkənin şərti dövlət sərhədində sabitlik hakimdir.

 

Üçüncüsü, Azərbaycan atdığı bütün addımları beynəlxalq hüquq əsasında edir. Beynəlxalq təzyiqlə üzləşməməyimizin ən böyük səbəbi də bu olub. Azərbaycanın Zəngəzura hərbi müdaxilə edib ərazini nəzarətə götürməsi beynəlxalq hüquqa görə qanunsuzdur. Rəsmi Bakı bunun doğura biləcəyi fəsadları yaxşı bilir.

 

Dördüncü və ən əsası, Azərbaycan israrla Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Bunu ikili danışıqlar və ya regional formatlarda edilməsinin vacibliyini dəfələrlə vurğulayır. Yəni nə Rusiyanın, nə ABŞ-nin, nə də Aİ-nin prosesə müdaxiləsi Bakının maraqlarına uyğundur.

 

Regionda ehtimal müharibə yalnız bu güclərin işinə yarıyır, Azərbaycan isə bu variantdan yayınmağa çalışır. Hətta bir çox hallarda Ermənistanın sərgilədiyi mövqe Bakını yenidən hərb variantına əl atmağa sövq etsə belə, buna getmir.

 

Nəticə etibarilə hazırda Ermənistan sürətlə silahlanır və regionda gərginlik riskini artırır. İrəvanın bu addımları sülh prosesinə inamı azaltdığı kimi, qarşılıqlı etimad mühitini də sarsıdır. Növbəti savaş nə Ermənistana, nə də Azərbaycana sərf edir.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...