Toivo Klaar Azərbaycana buna görə gəlmədi - SƏBƏB AÇIQLANDI

Siyasət
16:44 / 19.01.2024
8219
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana niyə gəlməyəcəyi məlum olub.
Sfera.az “News.am”a istinadən xəbər verir ki, Toivo Klaar hazırda Ermənistanın paytaxtı İrəvandadır, lakin Bakıya gəlməyəcək.
Bakıya səfərinin nəzərdə tutulmamasının səbəbi kimi isə hazırda Azərbaycanın seçkiqabağı təşviqat dövründə olması əsas gətirilib.
Lakin bildirilib ki, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə də sıx əlaqədədir.
Firuzə Əliyeva