"Yeni təzyiqlərə əl atılır..." - Bakı ilə İrəvan arasında sülhə mane olan nədir?

“Bakı ilə İrəvan arasında sülhə mane olan bir sıra məsələlər var”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, prosesin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uzandığını bildirib:
“İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistan Zəngəzur yolunun maneəsiz giriş-çıxışını təmin etmir. Əlavə şərtlərlə çıxış edərək Azərbaycanın bu yoldan istifadəsini əngəlləyir. Həmçinin sülh müqaviləsinin bağlanmasında zəmanətçi təklifini irəli sürərək iki ölkə arasında problemi beynəlxalq müstəviyə çıxarır. Ermənistan bir tərəfdən də hücum silahları alır. Qərbin bir neçə ölkəsindən təlimatlar alaraq müstəqil siyasət ortaya qoymur”.
Ekspert bildirib ki, Qərb və Rusiya artıq sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür: “Azərbaycana qarşı yeni təzyiqlərə əl atılır. İrəvanın silahlandırılması məhz sülh prosesini pozmaq və onu yeni təxribatlara cəlb etməyə xidmət edir”.
Günay