“İnanıram ki, “Mançester Siti”yə..." - Borsondan Quardiolanın klubu ilə bağlı AÇIQLAMA
İdman
16:00 / 19.01.2024
12383
“Mançester Siti”nin keçmiş məsləhətçisi Stefan Borson klubun maliyyə qaydalarını pozmaqda ittiham edilməsinə fikir bildirib.
Sfera.az-ın məlumatına görə, bu barədə “Liverpool Echo” xəbər yayıb.
O bildirib ki, bunun nəticəsində klubun vəziyyəti pisləşə bilər:
“İnanıram ki, “Mançester Siti”yə qarşı ittihamlar aradan qaldırılacaq. Belə hallarda iddia edən tərəfin yetərli sübut bazası olmalıdır. Belə bir bazanın isə olmadığı qənaətindəyəm".
Xatırladaq ki, daha əvvəl klub 115 maliyyə pozuntusuna yol verməkdə ittiham olunub. “Mançester Siti”yə qarşı dinləmələr isə gələn həftə keçiriləcək. İstintaq 2009-cu ildən 2018-ci ilin sonuna qədər olan dövrü əhatə edir.
Qeyd edək ki, “Mançester Siti”nin baş məşqçisi Pep Quardioladır.
Fatimə Lətif