Belarusdan NATO-ya YAŞIL İŞIQ: "Hazırıq!"

Belarus istənilən ölkə ilə, o cümlədən NATO üzvləri ilə hərbi sahədə əməkdaşlığa hazırdır.
Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu respublikanın müdafiə naziri Viktor Xrenin açıqlama verib.
O bildirib ki, yenilənmiş hərbi doktrina Avropada vəziyyətin nizamlanması və dinc dialoqun başlanması üçün əsas ola bilər. Müdafiə naziri əlavə edib ki, Belarus BMT, ATƏT və digər beynəlxalq təhlükəsizlik təşkilatlarının təsirini bərpa etməkdə maraqlıdır.
Doktrina layihəsinə görə, Minsk istənilən ölkə ilə hərbi əməkdaşlığa açıqdır.
“NATO dövlətləri də daxil olmaqla, onlar bizə qarşı aqressiv ritorikalarını və hərəkətlərini dayandırsalar, praqmatik dialoqu bərpa etməyə hazırıq”, - deyə Xrenin bildirib.
Xatırladaq ki, 2023-cü ilin martında Belarusun Təhlükəsizlik Şurası ölkənin Müdafiə Nazirliyinə yeni hərbi doktrinanın hazırlanmasına başlamağı tapşırıb. Qeyd olunub ki, sənəd hərbi-strateji vəziyyətin dəyişməsindən bəhs edir.
Əzizə