Üzv dövlətlərə "Hazır olun!" ÇAĞIRIŞI EDİLDİ - NATO-Rusiya müharibəsi BAŞLAYIR?

NATO-ya üzv olan ölkələr və onların əhalisi yaxın 20 ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazır olmalıdır.
Sfera.az RBK-ya istinadən xəbər verir ki, bu açıqlamanı NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer verib.
O deyib ki, müharibə başlayarsa, çoxlu sayda insan səfərbər ediləcək. Buna görə də admiral NATO-ya üzv olan ölkələri müharibəyə hazır olmağa çağırıb:
“Biz başa düşməliyik ki, indi özümüzə aydın olmayan dünyada yaşayırıq və yaxın gələcəkdə nə olacağını bilmirik. Bu səbəbdən biz Rusiya ilə münaqişəyə hazırlaşmalıyıq”.
Qeyd edək ki, rəsmi Moskva Avropada yeni müharibə istəmədiyini dəfələrlə bəyan edib. Amma həm Vaşinqtonda, həm də NATO-nun mərkəzində hesab edirlər ki, Rusiya Ukraynanın ardından Avropaya hücum edə bilər.
Vasif