Azərbaycanın idxalı ixracdan daha sürətlə artır – MÜQAYİSƏ

Azərbaycanın idxalı ixracdan daha sürətlə artır – MÜQAYİSƏ

Ötən il Azərbaycan tarixində ən yüksək idxal faktı qeydə alınıb. 


Sfera.az xəbər verir ki, 2023-cü ildə Azərbaycana mal idxalı 17,285 milyard dollara çatmaqla növbəti rekorda səbəb olub. 


İndiyə qədər ən yüksək idxal 2022-ci ildə olmuşdu. Həmin tarixdə Azərbaycan xaricdən 14,54 milyard dollar dəyərində mal almışdı. Bu il idxalın dəyərində 2,745 milyard dollar, yəni 18,9 faizə yaxın artım baş verib. 


İdxalın bir ildə bu qədər artması yaxşı hal deyil. Çünki bu, xaricə gedən valyutanın miqdarının da böyük sürətlə artması anlamını verir. 


İdxalda artım başadüşüləndir. Əhali sayının artması, iqtisadiyyatda gəlirin artması, inflyasiyanın baş verməsi istər-istəməz idxalda artıma səbəb olur. Bu halda idxalın 1-5 faiz intervalında artması məqbul hesab edilir. Lakin bir ildə əvvəlki ilə nisbətən 100 dollarlıq idxalın 19 dollar artması yaxşı göstərici deyil. 


2023-cü ildə idxalın 19 faiz artmasında əsas rolu yüksək inflyasiya oynayıb. Ötən il qiymətlər əvvəlki ildə olduğu kimi xeyli yüksəlib. On bir ayın məlumatına görə, Azərbaycanın aldığı malların dəyəri 16,8 faiz bahalaşıb. Deməli, idxaldakı artımın böyük hissəsi inflyasiya ilə əlaqədardır. 


Amma inflyasiya ilə yanaşı real artım da baş verib. Yəni xaricdən alınan malların fiziki həcmi də artıb. Xarici ticarətdə idxalın artımı yalnız bir halda riskli hesab edilmir. Əgər idxalla yanaşı ixrac da eyni templə artırsa, o halda idxalın artımı riskli olmur. 


Azərbaycanda necədir? 


Son 10 ilin müqayisəsi göstərir ki, idxaldakı artım həm sürətinə görə, həm də böyümə miqdarına görə ixracı qabaqlayır. Bu baxımdan idxaldakı artım böyük risk yaradır. 


2013-cü ildə ixrac 33 milyard dollar, idxal 10,7 milyard dollar olmuşdu. 2023-cü ildə ixrac 33,9 milyard dollara, idxal isə 17,3 milyard dollara yüksəlib. Göründüyü kimi, son 10 il ərzində idxal 6,6 milyard dollar və ya 62 faizə yaxın artsa da, ixrac 0,9 milyard dollar, yəni cəmi 2,7 faiz artıb. 


Ümumilikdə, xarici ticarətə dair məlumatlar göstərir ki, idxal kiçik fasilələrlə davamlı artır. Amma ixracda sabitlik yoxdur, bəzən ixrac kəskin artdığı kimi, bəzən də eyni sürətlə azalır. Məsələn, 2013-cü ildə 33 milyard dollar olan ixrac 2015-ci ildə 12,7 milyard dollara enib. Yaxud ixrac 2018-ci ildəki 20,3 milyard dollardan 2020-ci ildəki 13,43 milyard dollara geriləyib. 


Eyni hal 2022 və 2023-cü illərin müqayisəsində də müşahidə edilib.İxrac 2022-ci ildə 41,7 milyard dollar olduğu halda ötən il 33,9 milyard dollara geriləyib. 


İdxaldan fərqli olaraq ixracımızda kəskin tərəddüdlər neft və qaz qiymətlərindəki dəyişikliklə bağlıdır. Hər iki əmtəənin qiyməti kəskin fərqlənəndə ixracda da kəskin fərqlər yaranır.İdxalda isə belə kəskin fərqlər olmur və idxalın həcmi kiçik faisilələrlə artıma doğru dəyişir. 


Uzunmüddətli dövrdə idxalın sürətlə artması qarşılığında ixracın zəif templərlə artması xarici ticarətdə olan müsbət fərqi kiçildir. Xarici ticarətdə olan müsbət fərq 2013-cü ildə olan 22,1 milyard dollardan 2023-cü ildəki 16,7 milyard dollara enməsi də bunun əlamətidir. 


Müsbət fərqin böyüməsi və ya heç olmazsa azalmaması üçün qeyri neft-qaz mallarının ixracında daha böyük artıma nail olmaq lazımdır. Son 10 ildə bu qrup malların ixrac dəyəri cəmi 1,4 milyard dollar artıb ki, bu da idxaldakı artımdan (6,6 milyard dollar) xeyli azdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...