Qolf izi yoxsa yanıq ləkəsi? - Trampın əlindəki ləkələr müzakirələrə səbəb olub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkdakı iqamətgahından çıxarkən qolunda qırmızı ləkələrlə görüntülənib. O, yanvarın 16-da təcavüz cəhdi ilə bağlı ikinci məhkəmə prosesinə gedərkən tərəfdarlarını salamlayıb. Sağ əli kameralara tərəf tuşlanan Trampın şəhadət və baş barmağında, eləcə də ovucunun yuxarı hissəsində ləkələr görünüb.
Sfera.az bildirir ki, Nyu Yorkdakı bir xəstəxananın dermatologiya kafedrasının dosenti Joshua Zeichner (Coşua Zayxner) ovuclarda bu cür səpkilərin səbəbinin bir çox şey ola biləcəyini qeyd edib. Hətta həşərat dişləməsi belə bu cür ləkələrə səbəb ola bilər. X istifadəçiləri isə eks-prezidentin herpes xəstəliyinə tutulduğunu və ya bu yaxınlarda yıxıldığını düşünüblər.
Bəziləri eks-prezidentin əllərində herpes olduğunu və ya bu yaxınlarda yıxıldığını ehtimal edir. İstifadəçilər qeyd edirlər ki, axşama yaxın bu ləkələr yoxa çıxıb, çünki axşam saatlarında mətbuat konfransından çəkilən fotolarda Trampın ovucları təmiz olub.
Dosent Coşua Zayxnerin sözlərinə görə, yalnız bir fotoşəkildən dərinin vəziyyətini müəyyən etmək çətindir, lakin keçmiş prezidentin ovucunda belə ləkələrin yaranmasına səbəb ola biləcək bəzi ehtimallar irəli sürmək olar.
"Əllərdə səpgilər infeksiyalardan tutmuş iltihablı xəstəliklər və xarici təsirlərə qədər müxtəlif amillərdən qaynaqlana bilər".
Zeyxner Trampın əllərindəki səpkilərin dörd mümkün variantını sadalayıb:
Çox quru əllər
Dosentin sözlərinə görə, səpkilərin ən çox görülən səbəbləri quruluq və həddindən artıq tez-tez əl yumadır.
“Trampın özünü "germafob" adlandırdığı nəzərə alınarsa, həddindən artıq əl yuma ehtimalı daha inandırıcıdır. Həmçinin qışda daha çox rast gəlinən soyuq temperatur dərinin qurumasına səbəb ola bilər”.
Qolf oynamaq
Zeyxnerin sözlərinə görə, belə ləkələrin yaranması qolf oynamaqdan da ola bilər.
"Başqa bir ehtimal qolf, ağır atletika və ya beysbol kimi idman növlərində sürtünmə nəticəsində yarana bilən blisterlərdir".
Limon suyundan kimyəvi reaksiya
Doktor Coşua: “Günəş işığına məruz qaldıqda belə limon suyu dəridə kimyəvi yanıqlara səbəb ola bilər. Bu, çox vaxt "marqarita yanığı" kimi tanınır”.
"Trampın spirtli içki qəbul etməməsinə baxmayaraq, sitrus meyvələri bu cür ləkələrə səbəb ola bilər".
Yuxarıdakıların heç biri
Zeyxnerin qeyd etdiyi kimi, əl səpkiləri, məsələn, həşərat dişləmələri də daxil olmaqla, demək olar ki, hər şeydən qaynaqlana bilər.
ABŞ-ın keçmiş prezidenti Bill Klintonun keçmiş müşaviri Ceyms Karvil isə Trampın əllərindəki ləkələrin sifilisə bənzədiyini deyib.
Xatırladaq ki, ötən ilin oktyabrında Nyu-York məhkəməsi Donald Trampı sosial şəbəkələrdə paylaşdığı yazıya görə 5 min dollar cərimələyib. Bu paylaşımlar hakimin şəxsi həyatına aid olub.
Xatırladaq ki, Donald Tramp yazıçı və jurnalist Jean Carrolla təcavüz cəhdində də təqsirli bilinib.