Neftin qiyməti ucuzlaşır
09:23 / 17.11.2016
1154
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Bloomberg-ə istinadən xəbər veririk.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,28% azalaraq 46,50 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24% ucuzlaşaraq 45,46 dollar təşkil edib.
Qeyd edək ki, bundan öncə neftin qiymətlərində 5%-ə yaxın bahalaşma müşahidə edilirdi.