Türkiyədə daha bir bələdiyyə sədri tutuldu
Dünya
10:31 / 17.11.2016
1010
Bu gecə Türkiyə polisi Van şəhər Bələdiyyəsində əməliyyat keçirib. Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri Bəkir Kaya və 4 bələdiyyə üzvü antiterror istintaqı çərçivəsində saxlanılıb.
Saxlanılan şəxslərin evlərində və bələdiyyə binasında axtarışların davam etdiyi bildirilir.
Qeyd edək ki, Bəkir Kaya 2012-ci ildə "terror təşkilatına üzvlük” ittihamı ilə həbs olunmuş və 4 yanvar 2016-cı il tarixdə barəsində 15 il azadlıqdan məhrum etmə hokmü çıxarılmışdı.