Araz Ağalarov: “Trampın nömrəsini heç kimə verə bilmərəm” – MÜSAHİBƏ

Araz Ağalarov: “Trampın nömrəsini heç kimə verə bilmərəm” – MÜSAHİBƏ
Azərbaycanlı milyarder Araz Ağalarov yeni seçilmiş ABŞ prezidenti Donald Trampla bağlı Rusiya KİV-ə müsahibə verib. Müsahibədən maraqlı məqamları təqdim edirik.
 
– Biz sizinlə narahat idik ki, Tramp prezident seçilməyəcək. Amma gördüyünüz kimi güclü çıxdı.
 
– Hə, Tanrıya şükürlər ki, belə oldu.
 
– Sual bəlkə də sizin üçün qeyri-ciddi görünəcək. Klinton tərəfdarları deyirdilər ki, siz Trampı maliyyələşdirənlərdən biri olmusunuz…
 
– Mən özüm özümü maliyyələşdirə bilmirəm, ABŞ prezidentliyinə namizədi necə maliyyələşdirəcəkdim? Elə bir iqtisadi böhrandayam ki, ABŞ prezidenti yadıma düşür? İndi özümüz bu böhrandan çıxmalıyıq, nəinki kimisə maliyyələşdirmək.
 
– Başa düşdüm. Siz bir neçə dəfə Trampla görüşmüsünüz, məncə, münasibətlər bundan sonra daha da inkişaf edəcək.
 
– Bircə onu deyə bilərəm ki, yaxşılığa doğru dəyişikliklər olacaq.
 
– Siz onun xarakterinə bələdsiniz. Xatırlayırsınızsa, həm seçiciləri, həm də elə Rusiyanı  qorxudurdular ki, Tramp kobud adamdır. Sözünün üstündə duran deyil, qadınlara irişir, adı seksual qalmaqallarda hallanır…
 
– Əvvəla onu deyim ki, kişi xoşladığı qadına irişirsə, deməli əsl kişidir. Ən pisi o olardı ki, Tramp kişilərə irişərdi. Nəhayət, onun sözünü tutmamağı barədə. Biznesdə belə bir qayda var, sözünü tutmadınsa, uğur qazana bilməzsən. Tramp iki dəfə müflis olub, amma hər dəfə də ayağa qalxaraq uğur qazana bilib.
 
– Xaraktercə necə adamdır?
 
– Donald Tramp mənim xoşuma gəlir.
 
– Zəhmət olmasa deyin, Tramp Eminin klipinə necə çəkildi? Nə qədər xərc çıxdı?
 
– Nə pul? Bircə bu çatmırdı. Trampa nə qədər pul verməlisən ki, klipə çəkilə?! Əlbəttə pulsuz çəkildi.
 
– Yəni tanışlıq xətrinə?
 
– Hə, Moskvada "Kainat gözəli” müsabiqəsi keçirilirdi. (Müsabiqə Ağalarova məxsus "Krokus Ekspo”da baş tutub) Tramp düz bir həftə bizimlə bir yerdə oldu. Bir gün Emin xahiş elədi ki, bircə epizod da olsa klipə çəkilə bilərmi? Donald dedi ki, fasilədə 10 dəqiqə vaxtı olacaq, çatdıra bilərlərsə, problem yoxdur. Bircə dubla da çəkildi.
 
– Bir sual da verim. Tramp bir həftə Moskvada oldu deyirsiniz. Bəs Kreml rəsmilərindən kiminləsə görüşmədi?
 
– Yox, əminliklə deyirəm ki, belə hal olmadı.
 
– Trampa qələbə münasibətiylə zəng etdiniz?
 
– ABŞ prezidentinə zəng etmək sizə asan gəlməsin. Amma teleqram göndərəcəyəm.
 
– Onun telefon nömrəsini bizə verə bilərsinizmi zəng edək?
 
– Yox, verə bilmərəm.
 
– Niyə?
 
– Kiminsə kontaktlarını başqasına razılığı olmadan vermək etik deyil.(Lent.az)

OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...