Ançelotti 1/8 final matçı barədə: ""Atletiko" evində çox güclüdür"

Ançelotti 1/8 final matçı barədə:

“Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun 1/8 finalında "Atletiko" ilə qarşılaşacaqları oyun haqqında danışıb. 

 

Sfera.az bildirir ki, bu barədə məlumatı “Çempionat” paylaşıb.

 

Ançelotti qeyd edib ki, bu matç Superkubokdakından daha çətin olacaq, çünki "Atletiko" evində çox güclüdür:

 

“Əvvəlki derbilərin bizə psixoloji üstünlük verdiyini düşünmürəm. Hər matç fərqlidir. Çox çətin rəqibə qarşı oynayacağıq. Bu, turnirdə qalib gələ biləcək iki komandanın qarşılaşmasıdır”.

 

Qeyd edək ki, yanvarın 10-da komandalar İspaniya Superkubokunun yarımfinalında üz-üzə gəlib. Qarşılaşma "Real Madrid"in 5:3 hesablı qələbəsi ilə başa çatıb. 

 

Kubok oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:30-da baş tutacaq.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR