Əməkdar jurnalist VƏFAT ETDİ - FOTO
10:05 / 18.01.2024
1583
BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev 64 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə fakültənin müəllimi Əli Hacıyev bildirib.
“Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq! Allah rəhmət eləsin!”, - Ə.Hacıyev feysbuk hesabında yazıb.
Qeyd edək ki, o, fakültənin Mətbuat tarixi kafedrasının müdiri, dekan vəzifəsində çalışıb. Ş.Vəliyevin bir sıra əsərləri, kitabları nəşr olunub. Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar jurnalist fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.