115 maliyyə cinayəti... - “Mançester Siti”yə qarşı İTTİHAMLAR
İdman
17:37 / 17.01.2024
6658
115 maliyyə cinayəti törətməkdə ittiham olunan “Mançester Siti”yə qarşı məhkəmə gələn həftə baş tutacaq.
Sfera.az bildirir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Belə ki, Premyer Liqa “Mançester Siti”ni 9 mövsüm ərzində 100-dən çox maliyyə qaydasını pozmaqda ittiham edib. İstintaq 2009-cu ildən 2018-ci ilin sonuna qədər olan dövrü əhatə edir. İttihamların əsas hissəsi klubun gəlirləri ilə yanaşı, əməliyyat xərclərinə də aiddir.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir.
Komanda 20 görüşdə 43 xal toplayıb.
Fatimə Lətif