Məşhurların səhifələrinin oğurlanması ilə bağlı Rəsmi AÇIQLAMA

Məşhurların səhifələrinin oğurlanması ilə bağlı Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. Müğənninin profil fotosu və səhifənin məlumat bölməsi dəyişdirilib, bütün paylaşımları silinib.

 

Sfera.az xəbər verir ki, bundan əvvəl idmançı Pərviz Abdullayev (“Kobra” Pərviz), müğənni İradə İbrahimova və digər məşhurlarla bağlı eyni hallar yaşanıb. Hak edilən səhifələrdəki məlumatlar silinib, məzmuna uyğun olmayan paylaşımlar edilib.  

 

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanlanıbQurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir:

 

“Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir”. 

 

Qurumdan, həmçinin bildirildi ki, hesabla əlaqədar elektron poçta gələn məktublara qarşı diqqətli olmaq vacibdir: “Belə ki, şübhəli mənbələrdən göndərilən elektron poçt məktublarındakı keçidlərə daxil olaraq öz hesab məlumatlarını daxil etməmək lazımdır. Bu istiqamətdə ən vacib maarifləndirmə tədbirlərinin görülməsidir. ETX kiberdələduzluq halları ilə bağlı mütəmadi olaraq öz rəsmi informasiya ehtiyatı və sosial şəbəkə hesabları vasitəsilə maarifləndirmə işləri həyata keçirir”. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp: "Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...