Kilian Mbappe PSJ-dən gedir? - Bulma MƏLUMAT YAYDI

Kilian Mbappe PSJ-dən gedir? - Bulma MƏLUMAT YAYDI

Fransalı hücumçu Kilian Mbappe PSJ-dən ayrılmaq niyyətindədir.

 

Sfera.az bildirir ki, bu barədə məlumatı jurnalist Abdella Bulma “X” sosial şəbəkəsində paylaşıb.

 

Məlumata görə, Kilian Mbappe qərarını hələ rəsmi olaraq PSJ rəhbərliyinə bildirməsə də, onun növbəti mövsümdə karyerasını klubda davam etdirəcəyi gözlənilmir.

 

Bu mövsüm “PSJ”nin heyətində 25 matçda iştirak edən 25 yaşlı hücumçu 26 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Transfermarkt internet portalının məlumatına görə, Mbappenin oyunçu kimi bazar dəyəri 180 milyon avrodur.

 

Qeyd edək ki, futbolçunun PSJ ilə müqaviləsi isə 2024-cü il iyunun 30-da başa çatır.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...