Benzema Fransanın daxili işlər nazirini MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB

Benzema Fransanın daxili işlər nazirini MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB

Kərim Benzema Fransanın daxili işlər nazini məhkəməyə verib.

 

Sfera.az bildirir ki, bu barədə məlumatı “TRT World” yayıb.

 

Buna səbəb nazir Gerald Darmaninin məşhur futbolçunun reputasiyasını ləkələməyə çalışmasıdır.

 

Belə ki, Əlcəzair əsilli futbolçu bir çox hallarda Fələstini və orada yaşayan müsəlmanları dəstəklədiyini dilə gətirib. Nazir isə futbolçunu “Müsəlman Qardaşlar Təşkilatı” ilə əlbir olmaqda ittiham edib. 

 

Vəkil Huges Vigier tərəfindən təqdim edilən şikayətdə bu ifadələrin oyunçunun şərəf və nüfuzuna xələl yetirdiyi qeyd olunub. 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR