Cadu üçün bəzən albinos insanların cəsədlərini oğurlayırlar

Cadu üçün bəzən albinos insanların cəsədlərini oğurlayırlar

Afrika qitəsində yaşayan insanların elmi və tibbi faktlardan uzaq həyatı bölgədəki albinoslara mənfi təsir göstərir. Bəzi Afrika ölkələrində albinosların şans gətirdiyinə inanaraq, onları qaçırır və ya bədən əzalarından kəsib götürürlər.


Sfera.az bildirir ki, Mozambikdə bəzən albinos insanların məzarlarını beton örtüklə qoruyurlar.


Bəzi Afrika ölkələrində albinosların uğur gətirildiyinə inanaraq, qaçırılması adi hal olsa da, Mozambikdə hətta onların cəsədləri də caduda istifadə etmək üçün oğurlayırlar.




Mozambikin Tete əyalətində oğrular qəbiristanlığa girib ölmüş albinos kişinin bədən hissələrini oğurlayıb. Bundan sonra polis ölkədə bir neçə qəbir soyğunçusunu tapmaq üçün axtarış elan edib.



"Soyğunçuluğa qarşı betonla mühafizə olunan məzarın betonu qazılaraq açılıb və bir müddət əvvəl dünyasını dəyişən 50 yaşlı albinosun bədəninin bəzi hissələri oğurlanıb"- vilayət polisinin sözçüsü bildirib.

 

 

Bu hadisə tək bu ölkəyə xas hadisə deyil. Mozambikdə, eləcə də Keniya, Uqanda, Malavi, Tanzaniya, Zambiya, Zimbabve və Anqola kimi digər şərq və cənub Afrika ölkələrində albinosların bədən hissələri cadugərlik və “varlanma” mərasimlərində istifadə olunmaq üçün qaçırılır və kəsilir.

2022-ci ilin mayında Mozambikdə gənc albinos ölkənin Moqovola bölgəsində pul ritualına görə əmisi tərəfindən öldürülüb. Cinayəti etiraf edən əmi polisə bildirib ki, qurbanın bədən hissələri üçün ona təxminən 110 min dollar vəd edilib.

Hal-hazırda Afrika qitəsində albinosların sosial həyat şəraiti xalq nağılları, cadugərlik, zənginləşmə mərasimləri kimi xurafatlara görə kifayət qədər qorxuncdur. Məlum olduğu kimi, albinosların ən geniş yayıldığı coğrafiya də Afrikadır. Statistikaya görə, albinosların 98%-i hətta asanlıqla qarşısı alına bilən xəstəliklər səbəbindən 40 yaşına çatmamış vəfat edir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR