"Telegram"da YENİ FUNKSİYALAR: Artıq istifadəçilər...

Maraqlı
15:30 / 16.01.2024
10572
"Telegram" messencerində yeni funksiyalar - yoxa çıxan audio və video mesajları yazmaq imkanı istifadəyə verilib.
Sfera.az xəbər verir ki, yeniliklər tətbiqin yenilənmiş versiyasında mövcuddur.
İndi "Telegram" istifadəçiləri ilk səsləndirilmədən sonra silinəcək səsli mesajlar göndərə bilərlər. Bunun üçün audio mesaj yazarkən 1 nömrəli düymə seçilir nəticədə alıcı onu yalnız bir dəfə dinləyə bilir. Bənzər bir funksiya video mesajları yazarkən işləyir.
Bundan əlavə, messencer istifadəçiləri indi audio və video mesajların yazılmasına fasilə vermək və sonra onu davam etdirmək imkanı əldə edirlər.
İnci