Azərbaycanda 22 yaşlı oğlan İTKİN DÜŞDÜ

Azərbaycanda 22 yaşlı oğlan İTKİN DÜŞDÜ

Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-i səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11:00 radələrində telefonla danışıblar.

 

F.Mizəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.


OXŞAR XƏBƏRLƏR