Avtomobilin vurduğu piyada 24 gün sonra öldü

Avtomobilin vurduğu piyada 24 gün sonra öldü

Ötən il dekabrın 22-də Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

 

Sfera.a xəbər verir ki, hadisə dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib. Piyada, 25 yaşlı İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR