Su-24 təyyarəsi: Türkiye haqlı çıxdı
Cəmiyyət
04:56 / 22.12.2015
911
Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin “qara qutusunu” oxumaq mümkün olmayıb.
Bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, “qara qutu” o dərəcədə zədələnib ki, onun içərisindəki informasiyanı oxumaq qeyri-mümkündür. Belə ki, mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-ci çox ciddi şəkildə zədələnib.
Xatırladaq ki, bu yaxınlarda “qara qutu” Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə canlı yayında açılıb. Lakin açıldıqdan sonra qurğunun "zədələndiyi" məlum olub.