İsrail-HƏMAS münaqişəsi UZANACAQ: “Gizli dəstəklər, üçüncü tərəflər var”

İsrail-HƏMAS münaqişəsi UZANACAQ: “Gizli dəstəklər, üçüncü tərəflər var”

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin 2024-cü il dövlət büdcəsinin təsdiqi ilə bağlı hökumət iclasında çıxışı zamanı HƏMAS-la münaqişədən danışıb. O, sözügedən müharibənin uzun aylar davam edəcəyini açıqlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, İsrail-Fələstin münaqişəsinin tarixi 1-2 illik deyil:

 

“Bu münaqişə 76 ilə yaxındır ki, davam edir və bunun qarşısı hansısa formada alına bilmir. Düzdür, zaman-zaman atəşkəs olur, amma müharibə ocağını söndürmürlər. Netanyahu bildirir ki, hələ müharibə uzun aylar davam edəcək. Ehtimal var ki, İsrailin HƏMAS-a qarşı keçirdiyi əməliyyatlar aylar çəksin. Lakin nəticənin nə olacağını hələ tam demək mümkün deyil”.

 

Müsahibimiz bildirib ki, bugünkü durumda tərəflər arasında razılaşmanın əldə olunması üçün hər hansı addımlar atılmır: “Söhbət üçüncü tərəflərdən gedir. Addım atmaq istəyənlərə belə imkan verilmir. Görünür, İsrail-HƏMAS toqquşması hansısa beynəlxalq güclərə sərf edir. Onsuz da münaqişə 76 ildir davam edir və yenə də davam edəcək. Fikrimcə, ortada təkcə ərazi münaqişəsi yoxdur, həm də dini çalarlar var. Ona görə də bir tərəfdən HƏMAS-a gizlin dəstək davam etdirilir, digər tərəfdən Qərb ölkələrinin İsrailə yardımları müşahidə olunur. Münaqişənin qısa müddətdə yekunlaşacağını düşünmək doğru olmaz. Burada uzun illərə dayanan, tarixi kökü olan münaqişədən söhbət gedir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....