"Sülh müqaviləsi BU TARİXDƏ bağlana bilər" - Politoloq əsas şərti AÇIQLADI

Azərbaycan və Ermənistan arasında Zəngəzur məsələsi sülhün əsas problemi olaraq qalır.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında danışıqlarda Zəngəzurdan maneəsiz giriş-çıxışla bağlı məsələ sülh müqaviləsinin bağlanmasını bir müddət təxirə sala bilər:

 

“Ermənistan rəhbərliyi Azərbaycanın şərtini qəbul edərsə, may ayından gec olmayaraq sülh müqaviləsi bağlana bilər. ABŞ-də Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təzyiq etməklə sülh müqaviləsinin məhz öz vasitəçiliyi ilə bağlanmasında maraqlıdır. Prezident İlham Əliyev yerli televiziyalara verdiyi açıqlamada məhz Zəngəzur yolunun maneəsiz giriş-çıxışının sülhün əsas şərti olduğunu vurğulayıb. Zəngəzur dəhlizindən maneəsiz giriş-çıxış olmayacaqsa, Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyəti yoxdur”.

 

Politoloq bildirib ki, Azərbaycanla Ermənistan arasında fundamental məsələlər o qədər dərindir ki, geosiyasi problemin bir hissəsinə çevrilib. “Əgər, Yerevan iki dövlət arasında problemi geosiyasi müstəvidə davam etdirib, bununla Azərbaycana təzyiq edəcəyini hesab edirsə, sülh müqaviləsinin bağlanması baş tutmayacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...