“Sənaye zonalarında rezidentlərin sayı artır” - Nazir

“Sənaye zonalarında rezidentlərin sayı artır” - Nazir

2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb. 


Nazir qeyd edib ki, rezidentlərin 7-si Ağdam Sənaye Parkında, 5-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında, 8-i Sumqayıt Kimya Sənaye Parkında, 3-ü Pirallahı Sənaye Parkında, 1-i Hacıqabul Sənaye Məhəlləsində, 2-si Sabirabad Sənaye Məhəlləsində qeydiyyata alınıb. 


M.Cabbarov xatırladıb ki, rezidentlər tərəfindən 471 milyon manat investisiyanın qoyulması, 3 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.


Vasif


OXŞAR XƏBƏRLƏR