Azərbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI

Azərbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI

Ötən ilin dekabrında əvvəlki aya nisbətən ərzaq qiymətləri 1 faiz artıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ərzaq mallarının bəziləri bahalaşıb, bəzilərində isə qiymət azalmaları müşahidə olunub.


Daha çox bahalaşan ərzaq malları tərəvəzlər, meyvələr və yumurtadır. 


Bir ayda tərəvəzlərin qiyməti orta hesabla 5,7 faiz, meyvələrin 3,4 faiz, yumurtanın qiyməti isə 2,7 faiz artıb. 


Tərəvəzlərdən daha çox bahalaşma xiyarda, pomidorda, sarımsaqda, soğanda, balqabaqda qeydə alınıb. 


Meyvələrdə isə daha çox qiymət artımı narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın dəyərində müşahidə edilib.


Bahalaşma ilə bərabər dekabrda çörək məmulatlarının, ət və ət məhsullarının, yağların qiymətində azalma baş verib. 


Qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində daha çox azalma müşahidə olunub.


Vasif


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....