"Ukraynaya vaxtında dəstək vermədik" - Vilpen Qərbi TƏNQİD ETDİ

"Qərb ölkələri Ukraynaya dəstək verməyə başladılar, lakin bu yardımın nə məqsədini, nə də vaxtını dərk etdilər".

 

Sfera.az  TASS-a istinadən xəbər verir ki, Fransanın keçmiş Baş naziri Dominik de Vilpen Qərbin dəstəyinin səmərəsizliyindən danışıb.

 

Keçmiş Baş nazirin sözlərinə görə, Qərbə elə gəlir ki, o, hər şeyi yaxşı edib, Avropa ilə Qərbin birliyini qorumaq, Ukraynanı dəstəkləmək üçün bütün vasitələrdən istifadə edib.

 

“Ancaq həqiqətlə üzləşsək, hədəflərimizi müəyyən etmədiyimiz aydın olar. Biz Ukraynaya hər hansı problemi vaxtında həll etmək üçün vasitə vermədik, ona görə də əks-hücum uğursuz oldu. Bundan əlavə, biz hələ öz fəaliyyətlərimizin qrafikini müəyyən etməmişik”, - o bildirib.

 

Bundan əvvəl fransalı müşahidəçi Emmanuel Qrinşpan iki ildir davam edən Rusiya-Ukrayna münaqişəsi səbəbindən Ukraynanın sənaye sahəsində geriləmə ilə üzləşdiyini bildirib. Jurnalist vurğulayıb ki, Rusiya öz növbəsində bunun qarşısını ala bilib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR