Qarabağ Universitetinə qəbul balları elan edilib? – AÇIQLAMA 

Qarabağ Universitetinə qəbul balları elan edilib? – AÇIQLAMA 

Bəzi sosial şəbəkələrdə Qarabağ Universitetinə qəbul üçün keçid balları yayımlanıb. Lakin bu informasiya yanlışdır.

 

Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

 

“Qarabağ Universitetinə keçid balı Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarından sonra müsabiqə əsasında formalaşacaq. Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti digər Azərbaycan universitetləri kimi Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlar əsasında fəaliyyət göstərəcək.”

 

Məlumatda son olaraq qeyd olunub ki, yalnız rəsmi mənbələrə etibar etmək lazımdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR