"XİN rəhbərlərinin Vaşinqton görüşü baş tutsa belə..." - MÜHÜM AÇIQLAMA

“ABŞ-nin təkbaşına Azərbaycanla Ermənistan arasında sülh sazişinə təminatçı dövlət olması mümkün deyil”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Mütəxəssis bildirib ki, ümumiyyətlə, İlham Əliyev sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə ehtiyac olmadığını demişdi:

 

“Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ dövlət katibinin müavini Ceyms O`Braynla görüşüb. Qriqoryan O`Braynın diqqətinə çatdırıb ki, İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünə razıdır. Bununla Armen Qriqoryan O`Brayna demək istəyib ki, rəsmi Bakı nazirlərin Vaşinqtonda görüşünə hələ razılıq verməyib. Rəsmi Bakının Vaşinqton görüşüylə bağlı qərar verməməsi Dövlət Departamentinin bir neçə gün əvvəl dini mövzuda Azərbaycan əleyhinə yaydığı hesabatla əlaqəlidir. Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə ehtiyac olmadığını bildirib. Ona görə çoxdan gözlənilən və Dövlət Departamentinin yanlışları nəticəsində hər dəfə təxirə salınan Vaşinqton görüşü baş tutsa belə, bunun Bakı ilə İrəvan arasındakı dialoqa birbaşa təsiri olmayacaq”. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR