Bakıda sürüşüb qəzaya düşən maşınlar - VİDEO

Bakıda sürüşüb qəzaya düşən maşınlar - VİDEO

Bakıda və ölkənin əksər ərazilərində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti çoxsaylı qəzalara səbəb olub.

 

Sfera.az xəbər verir ki, qəzalar daha çox eniş-yoxuşlu yolların sürüşkən olması, sürücülərin qış şinlərindən və təkər zəncirlərindən istifadə etməməsi, həmçinin təcrübəsizlik səbəbindən baş verir.

 

Belə hadisələrdən biri Kənar Dairəvi yolla Biləcəri qəsəbəsini birləşdirən enişdə baş verib. Sürüşkən yolda gecə saatlarında 10-a yaxın avtomobil toqquşub.

 

Avtomobil sahiblərindən bəziləri nəqliyyat vasitələrini hadisə yerindən kənarlaşdıra bilmədiyindən maşınlar yol kənarında qalıb. Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR