Soyuq havaların yaratdığı FƏSADLAR: Bu şəxslər xüsusilə DİQQƏTLİ OLSUNLAR 

Soyuq havaların yaratdığı FƏSADLAR: Bu şəxslər xüsusilə DİQQƏTLİ OLSUNLAR 

Soyuq havalarda insan orqanizmində bəzi dəyişikliklər baş verir.

 

Sfera.az bildirir ki, bunu tanınmış həkim-reanimatoloq Şahin Məmmədov deyib. Onun sözlərinə görə, soyuq aylarda dişlərdə əvvəlcədən olan problemlər üzə çıxır:

 

“Həmçinin miqren ağrıları da soyuq havalarda artır. Soyuqdan isti evə girmək və əksinə isti evdən soyuq havaya çıxmaq, artan susuzluq miqren üçün gücləndiricidir. Şəkərli diabeti olanların bu havalarda qanında qlükoza miqdarı artacaq. Soyuq bizim üçün stress faktorudur. Stress hormonu olan kortizol insulinə qarşı rezistentliyi artırır. Buna görə də şəkər xəstələri özlərinə nəzarəti artırmalıdırlar”.

 

Mütəxəssis bildirib ki, soyuqlar dərinin qurumasına, xüsusilə də üz nahiyəsində, əllərdə qırışların əmələ gəlməsinə səbəb olur: “Dəri altında boz piy toxuması artır. Ağ piy toxuması insanın ehtiyat enerji mənbəyidirsə, boz piyin əsas funksiyası istilik əmələ gətirməkdir. Boz piy toxuması insanı soyuğa qarşı güclü edir, lakin insanlarda çəkinin artmasına səbəb olur. Soyuqda əzələlər daim gərgin vəziyyətdə olur, qan axını zəifləyir. İdman edirsinizsə, travma almaq ehtimalınız yüksəlir. Eyni zamanda, soyuq havalarda insanlar qapalı yerlərə çəkilir. Məsələn, avtobusda gedərkən pəncərəni kip bağlayırlar. Nəticədə hava damcı yolu ilə keçən infeksiyalar artır. Evlərin də pəncərələri kip bağlandığı üçün radon qazının səviyyəsi artır və bu, özünü yorğunluq və baş ağrısı ilə göstərir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...

Hava yollarındakı görünməyən təhlükə:Uçuşlara təsir edir...

Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox sualları gündəmə gətirir. Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilə...