Dua Lipa məşhur aktyorla sevgilidir - FOTO

Dua Lipa məşhur aktyorla sevgilidir - FOTO

28 yaşlı müğənni Dua Lipa 33 yaşlı ingilis aktyor Kallum Törnerlə görüşür.

Sfera.az bildirir ki, bu yaxınlarda rejissor Romain Qavrasdan ayrılan gənc müğənni yeni münasibətə başlayıb.


Müğənni və aktyorun Los-Ancelesdə “Hosts” şousunun premyerasından sonrakı tədbirdə birlikdə görüntülənməsi cütlüyün romantik münasibətə başlaması ilə bağlı şaiyələrə səbəb olub.
 

Dua Lipa aktyora dəstək olmaq üçün hətta Turnerin şousunun premyerasında da görünüb.


Tom Hanks və Stiven Spilberqin prodüseri olduğu maraqla gözlənilən serialdan əlavə, Kallum Corc Kluninin son filmi “Gəmidəki oğlanlar”da da rol alıb. Əvvəllər aktyor "Fantastik Canavarlar" filminin iki hissəsində çəkilib.
 

Törner 2023-cü ildə “Şahzadə Marqaret” filmində Napoleonun həyat yoldaşı rolunu oynayan Vanessa Kirbi ilə görüşüb.


Dua Lipa təxminən bir illik münasibətdən sonra fransız rejissoru Romain Qavrasdan bu yaxınlarda ayrılıb. Bundan əvvəl o, iki ildən çox supermodellər Hadid bacılarının qardaşı Ənvər Hadidlə görüşüb.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR