İstilik xətti partladı - Yüzlərlə yaşayış binası istilik enerjisiz qaldı

İstilik xətti partladı - Yüzlərlə yaşayış binası istilik enerjisiz qaldı

Novosibirskdə boruların qırılması səbəbindən -15 dərəcə şaxtada bir neçə rayon istiliksiz qalıb. Bu barədə Astra Telegram-da məlumat yayıb.


Sfera.az bildirir ki, borunun partlaması nəticəsində, 200-ü yaşayış binası olmaqla, ümumilikdə 237 obyekt istiliksiz və susuz qalıb.
Sakinlərə təmir işlərinin axşam saatlarına kimi yekunlaşdırılacağı bildirilib.


Qəza nəticəsində şəhərin bəzi küçələrini isti su basıb. Bildirilir ki, borunun partladığı gecə çöldə havanın temperaturu 25 dərəcə şaxta olub. Şəhərin iki böyük (Leninski və Kirovski) qəsəbəsi başda olmaqla, demək olar ki, tən yarısı istiliksiz qalıb.


Bu ərazilərdə 200-ə yaxın obyektin olduğu, orada yerləşən tibb müəssisələrinin insanların xəstəxanaya yerləşdirilməsini dayandırdığı qeyd edilir.


Novosibirsk Şəhər Şurası ümumilikdə 104 ev və 13 sosial müəssisənin istilik təchizatının dayandırıldığını bildirib.


Həmçinin sıçrayış nəticəsində tramvay yollarını su basıb, bəzi tramvaylar müvəqqəti olaraq marşrut xəttlərini dəyişib.


Qeyd edək ki, bu, Rusiya Federasiyasında bir ay ərzində ən azı 8-ci böyük qəzadır.


Rusiya üçün Yeni 2024-cü il istilik və isti su olmadan, kommunal xətalarla başlayıb. Belə ki, yanvarın 6-da Rusiya KİV-i Moskva vilayətində istilik magistralında baş verən sıçrayış nəticəsində 20 min insanın istilik təchizatından məhrum qaldığını yazmışdı.


Havanın temperaturu -13-15 dərəcəyə çatıb. Vəziyyətlə əlaqəli olaraq, insanlar evlərini tərk etmək məcburiyyətində qalırlar.


Eyni zamanda, hərbçilərin müalicə olunduğu sanatoriyada da istilik yoxdur. Könüllülər sanatoriyaya qızdırıcılar alırlar, palatalarda havanın temperaturu -10 dərəcədir.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...