“THE Impact 2024” reytinqində universitetlərimizin sayı ARTDI

“THE Impact 2024” reytinqində universitetlərimizin sayı ARTDI

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən dərc olunan “THE Impact 2024” reytinqində iştirak edən Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb. Ötən il ölkəmizdən 8 universitetin iştirak etdiyi qiymətləndirmədə bu göstərici cari ildə 18-ə yüksəlib.

 

Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Məlumata görə, ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfəsinin ölçüldüyü “THE Impact” reytinqində qiymətləndirmə 4 əsas istiqamət üzrə aparılır: tədqiqat, idarəetmə, maarifləndirmə və tədris. 

 

Qiymətləndirmədə təhlil olunan meyarlardan biri də universitetlərin davamlı inkişaf, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətidir.

 

“THE Impact 2024” reytinqində ölkə üzrə iştirak faizinin artmasına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və universitetlərin birgə fəaliyyəti əhəmiyyətli təsir göstərib.

 

“Times Higher Education”nın qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edib ki, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP 29) hazırlıq ərəfəsində universitetlərin davamlı inkişafa töhfəsini görmək təqdirəlayiqdir. “THE Impact 2024” reytinqində Azərbaycan universitetlərinin yüksək iştirak səviyyəsi sözügedən sahədə onların fəaliyyəti üçün qlobal platforma yaradır.

 

Cari ilin iyun ayında Taylandın paytaxtı Banqkok şəhərində keçiriləcək Davamlı İnkişaf Konqresində “THE Impact 2024” reytinqinin nəticələri elan ediləcəkdir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...