Azərbaycanda ilk 5 universitetin göstəriciləri ELAN OLUNDU - RƏSMİ

Azərbaycanda ilk 5 universitetin göstəriciləri ELAN OLUNDU - RƏSMİ

2020-2023-cü illər ərzində "Scopus"da indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (ETN) tabe ilk 5 universitetin göstəriciləri elan olunub.

 

Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qrafikdən də göründüyü kimi, Bakı Dövlət Universiteti (BDU) son 4 ildə 2627 məqalə sayı ilə ən yüksək ümumi nəticə göstərib. Universitet qeyd olunan illər ərzində elmi məqalələrin sayına görə həm də Cənubi Qafqaz regionunda lider mövqe tutub.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Azərbaycan Texniki Universiteti (AzTU) dərc olunan məqalələrin sayında hər il ardıcıl artım nümayiş etdirib.

 

Yuxarıda adları qeyd olunan Elm və Təhsil Nazirliyinə tabe 3 ali təhsil müəssisəsi (BDU, ADNSU və ADİU) həm də ölkə üzrə ilk 3-lükdə yer alıb.

 

Qeyd olunan ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı 2023-cü ildə əhəmiyyətli dərəcədə artıb. Bu nəticəni 2023-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələrinə, eləcə də elmi-tədqiqat institutlarına dünyanın ən böyük elmmetrik bazalarından olan “Scopus” və “Science Direct”ə çıxış imkanlarının verilməsi ilə əlaqələndirmək olar. Bu illərdə qeyd olunan ali təhsil müəssisələrinin ümumilikdə 5157 tədqiqat işi bazaya daxil edilib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...