Uşağını zibilliyə atan qadın: “Yeməyini yanına qoymuşdum”

Uşağını zibilliyə atan qadın: “Yeməyini yanına qoymuşdum”

Ötən ilin iyulunda Sabunçu rayonunda yenidoğulmuş körpəsini zibil qutusuna atan anaya hökm oxunub.

 

Sfera.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Səbinə Qasımova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi ilə təqsirləndirilib.

 

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə S.Qasımova uşağı qeyri-rəsmi nikahda olduğu şəxsdən dünyaya gətirdiyini, sənədi olmadığı üçün onu uşaq evinə verə bilmədiyini deyib: “4 il olar həyat yoldaşımdan boşanmışam. Qeyri-rəsmi ər-arvad münasibətində olduğum Xəyal adlı şəxsdən hamilə qalmışdım. Xəyal uşağı dünyaya gətirməyimə razı olmadı. Maddi imkanım olmadığı üçün vaxtında tibbi müdaxilə ilə hamiləliyi sonlandıra bilmədim. Qadın məsləhətxanasında həkim hamilələyin müddətinə görə sonlandırılmanın mümkünsüz olduğunu dedi. 15 iyulda Sabunçu xəstəxanasının doğum şöbəsində qız uşağı dünyaya gətirdim.

 

İmkanım zəif olduğu və ailə üzvləri tərəfindən həmin uşaq qəbul edilməyəcəyi üçün öncə uşaq evinə müraciət etdim, şəxsiyyət vəsiqəm olmadığı üçün uşaq evinin rəhbərliyi tərəfindən müraciətimə imtina cavabı verildi. 17 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Sabunçudakı həmin əraziyə gedərək bir qədər gəzişdim.

 

Sonra uşağı, hazırladığım uşaq yeməyini və bezlərini məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutunun içərisinə qoyaraq bir qədər kənarda dayanıb uşağın götürülməsini gözlədim. Bir müddət sonra əvvəllər tanımadığım bir nəfərin oradan keçərkən uşağı görüb götürdüyünü müşahidə etdim. Həmin şəxs ətrafa nəzər yetirəndə məni gördü. Dərhal oradan uzaqlaşaraq yaşadığım evə getdim”.

 

Sabunçu Rayon məhkəməsinin hökmü ilə 32 yaşlı qadına 1 il islah işləri cəzası verilib.

 

Qeyd edək ki, hadisədən bir neçə saat sonra S.Qasımova müəyyən edilərək saxlanılmış, barəsində cinayət işi açılmış və 2 gün sonra isə məhkəmənin qərarı ilə polisin nəzarəti altına verilməklə sərbəst buraxılmışdı. Uşaq isə körpələr evinə yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...