"Ölüm, dirim qalmadı, hamısını söydünüz" - Nadir ƏSƏBİLƏŞDİ - VİDEO

Müğənni Nadir Qafarzadə ötən gün etdiyi paylaşımlarına görə tənqid olunub. 



Sfera.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı əvvəlcə video yayımlayaraq "Yeni həyat yoldaşım" sözlərini işlədib. Onun bu fikirləri tənqid atəşinə tutulub. Bir az keçəndən sonra isə Nadir körpə uşaqla foto yayımlayıb. Bir çoxları isə onun nəvəsi doğulduğunu düşünüb. Əslində isə hər ikisi Nadirin yeni layihəsi ilə bağlı paylaşım olub. 

 

Sənətçi ünvanına yazılan təhqirlərə cavab verib:

 

"Bilirəm ki, dünənki əlval-ruhiyyədən çoxunuz hələ də çıxmayıb. Hətta mənə zəng edənlər, xəbər göndərənlər də oldu ki, bu nədir. Lap elə tutaq ki, Nadir evlənib. Niyə söyürsünüz? Evlənəndə adamı söyüb, təhqir edərlər? Nadir yox, bir başqası olsun. Evlənmək qəbahət, günah, tərbiyəsizlik, əxlaqsızlıqdır? Bu insanlar haradan fikirləşir? 

 

İkincisi də evlənib etməmişəm. Elə həmin Nadirəm. Bundan sonra mənə yaraşmaz. Uşaqlarım böyükdür, gəlinim, yəni, qızım, həyat yoldaşım var. Yalnız bir nəfərə sevirəm deyə bilərəm. İkinciyə deyə bilmərəm, utanaram. Necə olur ikinci bir insana da bunu söyləyəsən? İnsan bir dəfə sevir. O, bitirsə, bitib artıq, yenidən başlamır. Ayıbdır, məni söyür, təhqir edirsiniz. Daha ölüm, dirim, atan-ana, nəsil qoymadınız, söydünüz. Niyə görə? Sevəndə insanlar sizdən icazə almalıdır? hansı başınızla düşünürsünüz? Demirəm ki, o söyüşlər özünüzə getsin, çünki mənə yaraşmaz. Bir azərbaycanlı olaraq buna öyrəncəliyik".

 


OXŞAR XƏBƏRLƏR

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp:"Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

İstanbul birjasında manipulyasiya etdilər - 15 nəfər həbs olundu

İstanbul Baş Prokurorluğu İstanbul Birjasında aparılan ticarət əməliyyatlarında manipulyasiya iddiaları ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Sfe...