ABŞ-Rusiya münasibətləri daha da GƏRGİNLƏŞİR - Rusiya XİN-dən BƏYANAT

ABŞ-Rusiya münasibətləri daha da GƏRGİNLƏŞİR - Rusiya XİN-dən BƏYANAT

“Anqlo-saksonlar regionda vəziyyəti gərginləşdirirlər”.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 

Zaxarovanın fikrincə, ABŞ qüvvələrinin Yəmən ərazisinə zərbə endirməsi ABŞ-nin beynəlxalq qanunlara tamamilə laqeyd yanaşdığını göstərir və regionda vəziyyəti gərginləşdirmək məqsədi daşıyırdı.

 

Qeyd edək ki, ötən gecə ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəmənin bir neçə şəhərində üsyançıların nəzarətində olan mövqelərə aviasiya, hərbi gəmi və sualtı qayıqlardan istifadə edərək zərbələr endirib. ABŞ Prezidenti Co Bayden hərbi əməliyyatın Qırmızı dənizdəki görünməmiş husi hücumlarına cavab olaraq edildiyini və zərbələrin özünümüdafiə məqsədi daşıdığını bildirib. ABŞ Müdafiə Nazirliyinin Mərkəzi Komandanlığı (CENTCOM) isə indiyədək husilərin 16 obyektində 60-dan çox hədəfin vurulduğunu açıqlayıb.

 

Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə zərbələr endirəcəklərini bildirib, eyni zamanda yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə qadağa qoyublar. Təl-Əviv çətin vəziyyətə düşən anklavda Fələstinin HƏMAS radikal qruplaşmasına qarşı hərbi əməliyyatını dayandırıb. CENTCOM-un hesablamalarına görə, yəmənli üsyançı qrup noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox gəmiyə hücum edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...

Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma ilə əlaqədar təhsil müəssisələri...

Rusiya İstintaq Komitəsi Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertiz...

Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi?

Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.   Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, Kamil Bin...