Altı ildir icra edilməyən QƏRAR: Aidiyyəti qurumlar niyə tədbir görmür? 

Altı ildir icra edilməyən QƏRAR: Aidiyyəti qurumlar niyə tədbir görmür? 

"Altı ildir, ali təhsil müəssisələrində hazırlıq qruplarının yaradılması barədə qərar qəbul edilsə də icra edilmir". 


Sfera.az xəbər verir ki, bu barədə təhsil eksperi Kamran Əsədov bildirib.


Onun sözlərinə görə, 2018-cu ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi, amma hələ də yaradılmayıb:


“Hazırlıq qruplarının 2018-ci ildən fəaliyyətə başlayacağını desələr də, sonradan 2019-cu ilə ertələndi. 2020-ci ildə pandemiya səbəbindən qaldı, 2021-ci ildə isə bu barədə düşünülürdü. Hətta 2022-ci ildən Dövlət İmtahan Mərkəzi hər il abituriyent jurnalında bu pilləyə qəbul ilə bağlı elanı yerləşdirir, lakin proses həyata keçirilmir”. 


Ekspert bildirib ki, hər il azı 6-7 min plan yeri ali məktəblərdə boş qalır. 


“Həmçinin hər il 20 minə yaxın gənc xarici ölkələrdə təhsil almağa üz tutur. Boş qalan plan yerləri universitetlər üçün ciddi maliyyə itkisi yaşadır, həmçinin xaricdə təhsil alan tələbələr üçün valideynlərinin göndərdiyi böyük vəsait ölkədən kənara ciddi maliyyə axınına səbəb olur”. 


Kamran Əsədov son olaraq əlavə edib ki, bu barədə müvafiq qurumlar müəyyən tədbirlər görməlidirlər.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...

Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma ilə əlaqədar təhsil müəssisələri...

Rusiya İstintaq Komitəsi Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertiz...