Deputatdan manatın məzənnəsinin dəyişməsi ilə bağlı AÇIQLAMA

Deputatdan manatın məzənnəsinin dəyişməsi ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankın təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifarişin qeydə alınması valyuta bazarında tələbin hələ də yüksək olduğundan xəbər verir. İki gün əvvəl keçirilən hərracda isə 74.9 milyon dollar satılıb. Bu o deməkdir ki, son 2 hərracda 155.3 milyon dollar satılıb. Yəni iki hərraclıq müqayisədə tələb 50 faizə yaxın artıb.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir:

 

“Doğrudur, 1 həftəlik bayram günləri də dollar sifarişlərinə təsirsiz ötüşməyib. Bununla belə, xüsusən real sektorun dollar tələbində artımlar müşahidə olunmaqdadır. Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağını aylar öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər”.

 

Deputat bildirib ki, dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib.

 

“Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR