"İraq və Suriyanın şimalı türk torpaqlarıdır"

 
Vladimir Jirinovski: "Rusiya üçün Krım və Donbas nə anlama gəlirsə, Türkiyə üçün də İraqın və Suriyanın şimalı elədir"

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Yaxın Şərq bölgəsinin vaxtilə Osmanlı torpağı olduğunu deyib. O, əlavə edib ki, Türkiyənin İraqın və Suriyanın şimalında tarixi haqqı var.

Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, Jirinovski bu barədə Rossiya 1 telekanalında yayımlanan "Veçer" proqramında danışıb. "Türklər İraqın və Suriyanın şimalını birləşdirmək istəyirlər. Onların buna haqqı çatır", — Jirinovski qeyd edib.

"Daha əvvəl bu torpaqlar Osmanlı İmperatorluğuna aid idi. Lozanna müqaviləsindən sonra sərhədlər dəyişdi. Bu da türklərin mənafeyinə cavab vermir", — deyə partiya rəhbəri bildirib. Vladimir Jirinovski sözlərinin davamında deyib: "Türkiyə üçün İraqın və Suriyanın şimalı, bizim Kırım və Donbas kimidir. Türkiyə orada etmək istədiyini etsin, biz isə buna gözlərimizi bağlayaq".

"Rusiya üçün Krım və Donbass nə anlama gəlirsə, Türkiyə üçün də İraqın və Suriyanın şimalı elədir. Krım və Donbas rus dünyasının bir parçasıdır. Orada hər zaman ruslar yaşadılar. Şimali İraq və Şimali Suriya da türk torpaqları idi. Ona görə düşünürəm ki, Rusiya və Türkiyə o bölgələr barədə razılaşmalıdır", — siyasətçi vurğulayıb.


OXŞAR XƏBƏRLƏR