10 il beynindəki şişdən xəbərsiz olan qadın əməliyyat olundu - Yuxudan oyandıqdan sonra...

10 il beynindəki şişdən xəbərsiz olan qadın əməliyyat olundu - Yuxudan oyandıqdan sonra...

İngiltərədə Sara adlı qadın 10 il davam edən baş ağrısını menopozla əlaqəli sanıb, beynindəki şişdən xəbərsiz qalıb.


Sfera.az xəbər verir ki, "Metro" nəşrində yayımlanan materialda bildirilib ki, Sara adlı qadın uzun müddət şiddətli miqrendən əziyyət çəksə də, həkimə yoxlanmayıb. O bu ağrının menopozla əlaqəli olduğunu düşünüb. Daha sonra ağrılara tab gətirməyən qadın oftalmoloq qəbuluna yazılıb. Həkim onun böyüyən göz bəbəyinin normal olmadığını deyərək başının ümumi müayinə edilməli olduğunu deyib. Qadın KT müayinəsindən keçib və başımda xoşxassəli şişin olduğu aşkarlanıb. Sara əməliyyat olunub və onun başından diametri 19 santimetrə çatan şiş çıxarılıb.


“Yuxudan oyandıqdan sonra qoltuğumun sağ tərəfində və ayağımın aşağı hissəsində zəiflik və uyuşma hiss etdim. İlk bir neçə gün ayağımı tərpədə bilmədim”,- əməliyyatdan sonra o deyib.


Həkimlər şişin geri qayıtmayacağını təsdiqləyiblər. Lakin onun ayağındakı uyuşma getməyib. Sara indi dəyənəklə yeriyə bilir və bir gün yenidən maşın sürə biləcəyinə ümid edir.


İnci


OXŞAR XƏBƏRLƏR

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...

Bu şəxslər metapnevmovirusu daha ağır keçirir - XƏBƏRDARLIQ

İnsan metapnevmovirusu (hMPV) əsasən öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş s...

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...