Fırtına 325 metrlik nəhəng göydələni silkələdi - VİDEO

Fırtına 325 metrlik nəhəng göydələni silkələdi - VİDEO

ABŞ-da 93 mərtəbəli “Brooklyn Tower” (Bruklin Qülləsi) saatda 95 km sürətlə əsən külək zamanı yellənməyə başlayıb. Sosial şəbəkələrdə yayılan video izləyiciləri xeyli qorxudub.


Sfera.az bildirir ki, Nyu Yorkdakı 325 m-lik Bruklin qülləsi saatda 95 km sürətlə əsən külək zamanı yellənməyə başlayıb. Sosial şəbəkələrdə yayılan video izləyiciləri xeyli qorxudub. Bununla belə, çox insan videoda başqa, daha qorxunc bir detala diqqət çəkib.


Qeyd edək ki, Bruklin Qülləsi şəhərin əsas hissəsində ucalır. Qüllə 93 mərtəbədən ibarətdir. Sosial şəbəkələrdə göydələnin yırğalandığını əks etdirən video
24 saatdan az bir müddətdə 61.000-dən çox bəyənmə və bir milyondan çox baxış toplayıb. Bir çox insanlar videoya baxdıqdan sonra ürək bulanması hiss etdiklərini

yazıblar.

 


Bir çox insanlar 37 saniyəlik videoya baxdıqdan sonra yeni fobiya qazandıqlarını etiraf etsə də, digərləri videoda daha bir qorxunc detala diqqət yetiriblər. Qalanın daha geniş hissəsindəki bir qapı qaranlıq gecə səmasına qarşı parıldayır, istədiyi kimi açılıb-bağlanırdı.


"Allah bilir, bu qapıdan nə qədər ruhlar girib-çıxıb?" "Mənim üçün bu, ruh qapısıdır”.


Mühəndislər xüsusi olaraq göydələnləri ekstremal hava və zəlzələ kimi təbii hadisələrə tab gətirmək üçün dizayn edirlər. Sənaye mütəxəssisləri arasında bu termin uyğun olaraq "bina yellənməsi" adlanır.


"Qüllə (bütün hündür binalar kimi) küləkli havaya tab gətirmək üçün nəzərdə tutulub"- Bruklin Qülləsiidarə şirkətinin nümayəndəsi bildirib.


Videonu sizə təqdim edirik:

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR