50 Cent 2024-cü ildə seksdən imtina edəcək

50 Cent 2024-cü ildə seksdən imtina edəcək

Məşhur amerikalı reper 50 Cent 2024-cü ildə seksdən imtina etmək qərarına gəldiyini bildirib. Reper heç vaxt evlənməyib və şəxsi həyatı haqqında çox az şey məlumdur. 50 cent bu qəribə qərarını İnstaqram səhifəsində açıqlayıb.


Sfera.az bildirir ki, əsl adı Curtis James Jackson III (Kartis Ceyms Cekson) olan 50 cent özünü tamamilə hələlik gizli saxladığı hansısa yeni layihəyə həsr etdiyini bildirib. Buna görə də o, cinsi əlaqədən uzaq durmağa qərar verib.
 

48 yaşlı reper yazıb: "Yeni ideyam o qədər böyükdür ki, diqqətimi yayındırmağa vaxtım yoxdur. Meditasiya ilə məşğul oluram və diqqətimi məqsədlərimə yönəldirəm. Ümid edirəm ki, bu Yeni il onu növbəti səviyyəyə aparmağa kömək edəcək".
 

Qeyd edək ki, reper ulduz karyerasının əvvəlində dəbdəbəli həyat tərzini təbliğ etsə də, hətta kumiri Mayk Taysonun dəbdəbəli şənliklər verdiyi malikanəsini alsa da, heç vaxt evlənməyib.


O, əvvəllər böyük oğlu Markizini dünyaya gətirən Şaniqua Tompkins adlı qadınla münasibətdə olub. Cütlük qısa müddət görüşüb. Aralarında münaqişə olsa da, reper oğlu ilə münasibətini qoruyur.
 

2009-cu ildə Tompkins Ceksonun ona ömürlük qayğı göstərəcəyini vəd etdiyini deyərək 50 milyon dollar təzminat tələb edib. İddia hakim tərəfindən rədd edilib.


Daha sonra reperin Davian adlı daha bir oğlu olduğu məlum olub. 50 Cent Davianın anasının kim olduğunu açıqlamayıb.



Reperin həmçinin model Daphne Joydan Syre adlı daha bir oğlu var.


Onun həm də müğənni Ciara və Chelsea Handler ilə əlaqələri olduğu bildirilir. 2003-cü ildə Cekson qısa müddətə aktrisa Vivika A. Foksla görüşüb. 8 aylıq münasibətdən sonra cütlük ayrılıb. 2019-cu ilin avqustunda reper model Jamira Haynes ilə görüşməyə başlayıb.


Qeyd edək ki, 50 cent şəxsi həyatı haqqında çox danışmır, onu gizli saxlamağa üstünlük verir.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR