Putin gün ərzində nə qədər yatır? - Rusiya liderindən AÇIQLAMA

Putin gün ərzində nə qədər yatır? - Rusiya liderindən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin gündəlik iş qrafikinin təfərrüatlarını açıqlamasa da, o, müntəzəm olaraq ən populyar suallardan birinə - “nə qədər yatırsınız?” sualına cavab verib.


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, onun iş qrafiki ona gündə təxminən altı, bəzən isə yeddi saat yatmağa imkan verir.


Putin iş qrafikinin təfərrüatlarını açıqlamayıb, lakin bunun “olduqca monoton” olduğunu qeyd edib.



Hələ 2019-cu ildə prezidentin mətbuat katibi Dmitri Peskov demişdi ki, dövlət başçısı üçün gündə 6 saat yuxu kifayətdir. “Bu Putindir, yatmır, işləyir”, - deyə Kreml nümayəndəsi zarafat edib.



İnci


OXŞAR XƏBƏRLƏR