Cinsi orqanına corab geyinən reper Rusiya ordusuna çağırıldı - FOTOLAR

Cinsi orqanına corab geyinən reper Rusiya ordusuna çağırıldı - FOTOLAR

Nastya İvleyevanın çılpaq şousunda cinsi orqanına corab geyindiyinə görə həbs edilən reper Vacionun (əsl adı Nikolay Vasiliev) yazda Rusiya Silahlı Qüvvələrinin sıralarına qoşulacağı gözlənilir.
 

Sfera.az bildirir ki, bu yolla 25 yaşlı Vasiliev “günahını yumaq” və “vətəninə olan borcunu ödəmək” qərarına gəlib. Həmçinin iddia olunur ki, bu yolla reper LGBT ilə heç bir əlaqəsinin olmadığını da sübut etmək istəyir.


Yanvarın 7-də məcburi saxlanma yerlərində insan hüquqlarının müdafiəsi üzrə İctimai Monitorinq Komissiyasının (POK) üzvü Aleksey Lobarev o zaman xüsusi təcridxanada olan reperin yanına gəlib.


Vasiliev Lobarevə bildirib ki, xırda xuliqanlıq ittihamı ilə 15 sutka həbs cəzası çəkdikdən sonra onu “Belorusskaya” metrostansiyası yaxınlığındakı hərbi komissarlığa aparıblar. Burada ona yanvarın 9-na çağırış vərəqəsi verilib, sonra isə profilaktik söhbət üçün polisə aparılıb. Bu söhbət zamanı o, məclisdə onu lentə alanların ünvanına nalayiq söyüşlər yağdırıb, bundan sonra yenidən Lefortovo məhkəməsinə aparılıb. Burada xırda xuliqanlıq ittihamı ilə 10 sutka həbs cəzasına məhkum edilib.


Çağırış vərəqəsinin verildiyi gün reper xüsusi təcridxanada olub, lakin eyni zamanda hərbi xidmətə yararsız elan edilib.


Xatırladaq ki, dekabrın 20-də “Mutabor” klubunda “Playboy” jurnalının fotoşəkillərindən ibarət sərginin açılışına həsr olunmuş özəl gecə baş tutub. Qonaqlar arasında Filip Kirkorov, Lolita Milyavskaya, Dima Bilan, Kseniya Sobçak və digər məşhurlar da olub. Partidə demək olar ki, çılpaq geyim kodu nəzərdə tutulub. Məsələn, gecənin sahibəsi Nastya İvleeva özü şəffaf alt paltarında olub. Vacio cinsi orqanında corab və belində çanta ilə məclisə qatılıb.
 

Gecədən olan videolar internetdə yayılıb və böyük qalmaqala səbəb olub. İştirakçılar LGBT, narkotik və ekstremizm təbliğatında ittiham olunub, onlarının qanlarını yoxlamağa, həmçinin iştirak edən bütün qonaqları boykot etməyə çağırıblar.


Rus ulduzları üzr videoları paylaşmağa başlasalar da, onları boykot edənlərin sayı durmadan artıb, adları bütün konsert proqramları və Yeni il tədbirlərindən çıxarılıb. Hər yerdən uzaqlaşdırılan Filipp Kirkorov, hətta “İvan Vasilyeviç hər şeyi dəyişdirir" filmindən tamamilə kənarlaşdırılıb.
 

Gecənin təşkilatçısı kimi Anastasiya İvleeva 100 min rubl cərimələnib, “Tinkoff Bank” və “MTS” onunla reklam əməkdaşlığını dayandırıb. Bəzi məlumatlara görə, İvleeva Rusiya Federasiyasını tərk edib.
 

Filipp Kirkorov NTV-də yayımlanan “Maska” şousunun Yeni il buraxılışında iştirak üçün qonorarını dekabrın 30-da atəşə tutulan Belqorod sakinlərinə bağışladığını bildirib.


Gecəyə qatılanlar arasından yalnız Vacio həbs edilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp: "Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...