Keçmiş baş prokuror müavini və qızının ölümünün təfərrüatları məlum oldu

Keçmiş baş prokuror müavini və qızının ölümünün təfərrüatları məlum oldu

Xəbər verdiyimiz kimi, Ukraynada baş prokurorun keçmiş müavini, 71 yaşlı Olqa Kolinko və qızı Kiyevdəki mənzillərində ölü tapılmışdı.
 

Sfera.az bildirir ki, cəsədlər ölüm səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.


Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, qadınların cəsədlərində zorakılıq əlamətləri olmayıb, mənzillər içəridən bağlı olub. Ehtimala görə, ölüm müxtəlif vaxtlarda baş verib. Ana təxminən iki ay əvvəl, qız isə təxminən üç həftə əvvəl vəfat edib.


Məlumatda qadınların adları göstərilmir, lakin hüquq-mühafizə orqanlarındakı mənbə aşkar edilən cəsədlərin Olqa Kolinko və qızı Yaroslavaya aid olduğunu təsdiqləyib.


Xatırladaq ki, Olqa Kolinko iki dəfə Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışıb (1993-2000, 2003-2005).


2001-2003-cü illərdə o, prezident Leonid Kuçmanın yanında Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiya ilə Mübarizə Komitəsinə rəhbərlik edib.


Olqa Kolinkonun meyiti öz mənzilində, qızı da qonşuluqdakı mənzilində ölü tapılıb. Qonşular polisə və kommunal xidmət işçilərinə zəng vurublar. Bir gün əvvəl su armaturdan aşağı axmağa başlayıb və ev sahibləri qapını açmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilin qapısını sındıraraq, içəri giriblər.


Mətbuatda yayılan məlumata görə, 71 yaşlı Olqa Kolinko uzun illər xəstə olduğu, evdən bayıra çıxmadığı üçün ona qızı baxıb.


İstintaq ana-qızın ölümləri arasında təqribən 1 həftə ara olması, bu müddət ərzində qızın anasının ölümündən xəbərsiz olması və s. kimi suallar üzərində də işləyir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR