Prezident son nöqtəni qoydu: Bu məsələni sülh müqaviləsinə daxil etsək…

Prezident son nöqtəni qoydu: Bu məsələni sülh müqaviləsinə daxil etsək…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Lokal xarakterli antiterror tədbirlərindən sonra Prezidentin belə bir müsahibə verməsi gözlənilirdi.

 

Müsahibə zamanı verilən sualları cavablayan ölkə başçısı bir çox məqama aydınlıq gətirib. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən danışan Prezident deyib ki, “Əsas məsələ odur ki, mən hesab edirəm, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ona görə mətn üzrə işlər fəal getməlidir”.

 

Aydın məsələdir ki, hazırda danışıqlar masasında konkret bir sülh sənədi var və bu sənədin bir çox maddəsi ilə bağlı razılıq əldə edilib. Bununla belə, fikir ayrılığı yaşanan və uzlaşmanın əldə edilmədiyi maddələr də var. Prezidentin vurğuladığı “mətn üzrə işlər fəal getməlidir” nüansı da əslində bununla bağlıdır. Yəni tərəflərin razılıq əldə edə bilmədiyi maddələr ətrafında gedən danışıqlar prosesi ləngiyir. Prosesin ləngiməsi isə rəsmi Bakının maraqlarına uyğun deyil.

 

Ölkə başçısının qeyd etdiyi “Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır” məqamı da diqqət çəkir.

 

Hazırda sülh müqaviləsinin imzalanması istiqamətində ciddi bir siyasi yarış gedir. Aİ, ABŞ, Rusiya hər biri sülhün öz platformasında imzalanmasını istəyir. Ermənistan da bunu əsas gətirərək “sülh müqaviləsinin zəmanətçiləri olsun” deyir. Lakin Ermənistanın bu təklifi həm də prosesi uzada bilər.

 

Məsələ ondadır ki, Azərbaycan Ermənistanla ikitərəfli danışıqlarda maraqlıdır. Bu həm etimad mühitinin yaranması, həm də böyük güclərin sülh müqaviləsi bəhanəsi ilə prosesi ləngitmək və regiona müdaxilə imkanlarını bloklamaq baxımından vacibdir. Prezidentin dediyi kimi, “Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik, ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

 

Rəsmi Bakı indiki məqamda Ermənistan-Azərbaycan münasibətlərinin geosiyasi mövzuya çevrilməsini istəmir. Buna görə də sülh danışıqlarının vasitəçilər olmadan, iki ölkə arasında imzalanmasını dəstəkləyir. İki ölkə razılığa gəlməsə, danışıqlar dayandırıla bilər.

 

Prezident İlham Əliyev sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələyə də aydınlıq gətirib. Belə ki, ölkə başçısı deyib ki, “Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər, ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb”.

 

Prezidentin qeyd etdiyi bu məqam aktualdır. Delimitasiya və demarkasiya, həqiqətən də, uzun və qəliz bir prosesdir. Bunun bir gündə həll edilməsi o qədər də inandırıcı deyil. Sözügedən məsələnin zamana buraxılması iki ölkə arasında sülh müqaviləsinin imzalanıb, diplomatik siyasi münasibətlərin qurulması fonunda daha intensiv həll edilməsi mümkündür. Əgər sülh müqaviləsi və delimitasiya-demarkasiya prosesi arasında paralellik olsa, proses uzana bilər.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...