Bu il dünyanı gözləyən qlobal risklər hansılardır? – Müharibə, təbii fəlakətlər...

Bu il dünyanı gözləyən qlobal risklər hansılardır? – Müharibə, təbii fəlakətlər...

Qlobal risk və məsləhət şirkəti "Eurasia Group" 2024-cü ilin bir sıra qlobal risklərinin siyahısını hazırlayıb. Həmin siyahıya əsasən, iqtisadi gərginliklər, geosiyasi risklər və təbii fəlakətlər 2024-cü ildə də davam edəcək. 


Sfera.az həmin risklərin siyahısını təqdim edir:


1.2024-cü ildə ABŞ -də seçkilər münaqişəni və siyasi parçalanmanı dərinləşdirəcək. Amerika demokratiyası 150 ildə yaşamadığı dərəcədə sınaqdan keçiriləcək və onun beynəlxalq etibarı zədələnəcək. Ölkədə sosial quruluş, siyasi institutlar və qlobal mövqe zərər görəcək. Trampın qalib gəlməsi ehtimalı ABŞ-ni təhlükə qarşısında qoyacaq.


2.Qəzzada münaqişələr 2024-cü ildə genişlənəcək və bu müharibə regional müharibəyə çevriləcək. Münaqişə geosiyasi və siyasi parçalanmaların genişlənməsinə  və qlobal ekstremizmin daha da güclənməsinə səbəb olacaq. ABŞ və İran birbaşa müharibəyə cəlb oluna bilərlər.


3.Rusiya-Ukrayna müharibəsi Avropada gərginliyi artırmağa davam edir.  2024-cü il müharibənin dönüş nöqtəsi olacaq. Ukrayna canlı qüvvə, silah istehsalı və hərbi strategiya problemlərini həll etməsə, çox sayda ərazi itirməyə davam edəcək. Rusiya döyüş meydanında öz təşəbbüsü və maddi üstünlüyündən istifadə edərək bölgədəki vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.


4. Texnologiya şirkətləri çox güclü süni intellekt modelləri ilə üstünlüklərini artıracaq.


5.ABŞ-nin əzəli düşmənləri olan Rusiya, Şimali Koreya və İran qlobal səhnədə daha koordinasiyalı fəaliyyət göstərəcək. Ukrayna, İsrail və Tayvan dostluqları da ABŞ üçün təhlükə yaradacaq. 


6.Çin iqtisadiyyatı 2024-cü il ərzində aşağı performans göstərəcək. Ölkə hökuməti iqtisadi proqramında köklü transformasiya etməsə, maliyyə böhranı baş verəcək.


7.Qlobal inflyasiyanın iqtisadi və siyasi təsirləri davam edəcək. Davamlı inflyasiyanın yaratdığı yüksək faiz dərəcələri bütün dünyada artımı ləngidir. Maliyyə gərginliyi, sosial iğtişaşlar və siyasi qeyri-sabitlik riski daha da artacaq.


8.Ekstremal hava hadisələri zəifləmiş iqtisadiyyatlarda miqrasiya və siyasi qeyri-sabitliyə təkan verəcək.Bu, isə özlüyündə xüsusilə, pandemiya və Ukrayna müharibəsinin yaratdığı enerji və ərzaq qıtlığı ilə  zəifləmiş ölkələrdə ərzaq təhlükəsizliyini tətikləyən, su stressini artıran, logistikanı pozan, xəstəlikləri yayan, miqrasiya və siyasi qeyri-sabitliyi artıran ekstremal hava hadisələri gətirəcək.


9. 2024-cü ildə qlobal şirkətləri gözləyən məhkəmə prosesləri və ABŞ-Çin gərginliyi olacaq. Qlobal şirkətlər məhkəmə çəkişmələri ilə yanaşı yüksək qeyri-müəyyənlik və xərclərlə üzləşəcəklər. ABŞ-Çin gərginliyi müxtəlif sahələri əhatə edəcək.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) ilə bağlı mediada yayılan məlumatlar...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...